Mourinyo "Beşiktaş"-"Trabzonspor" matçını izləyib
Portuqaliyalı mütəxəssis Jose Mourinyo Türkiyə kubokunun finalında keçirilən "Beşiktaş"-"Trabzonspor" oyununu izləyib.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Gökmen Özcan məlumat yayıb.
Mənbənin xəbərinə görə, İstanbul klubu Mourinyo ilə yeni bir görüşmə gerçəkləşdiriəcək.
61 yaşlı çalışdırıcının klubdan illik 10 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, ötən günlərdə "Fənərbağça" klubunun prezidentliyinə namizədlərdən Əziz Yıldırım da Mourinyo ilə görüşdüklərini bildirmişdi.