Mourinyo qələbə arzusundadır
Bu gün Avropa Liqasında İsveçrənin "Servett" klubu İtaliyanın "Roma" komandasını qəbul edəcək.
Sportline.az "Tuttosport"a istinadla xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında İtaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo yalnız qələbə haqqında düşündüklərini bildirib.
"Bizim arzumuz yalnız 3 xaldır. Azı bizi qane etmir. Son 2 turda 6 xal qazanmaq istəyirik. Meydana ac canavar kimi çıxacağıq", - deyə Mourinyo bildirib.
Qeyd edək ki, qarşılaşma bu gecə saat 00:00-da başlanacaq.