Mourinyo: "Yalançı azarkeşlərimiz sevinirlər"

"Yalançı azarkeşlərimiz sevinirlər".

Sportline.az xəbər verir ki, bunu jurnalist Canluka Di Marzioya açıqlamasında Joze Mourinyo deyib.

"Avropa Liqasının finalına qədər irəlilədik. Həmin vaxtda da tənqid olunduq. Əgər başqa klubda başqa məşqçi olsaydı, hekayə tamam başqa cür olardı. Bu mənim üçün problem deyil, karyeram boyu məni tənqid ediblər. Amma düşünürəm ki, bu, "Roma" üçün problemdir, çünki klub daha çox şeyə layiqdir. Problem isə daha yaxşısına layiq olan azarkeşlərimizdədir. Amma bu yalançılar bizim belə vəziyyətimizə sevinirlər" - deyə Mourinyo bildirib.