Mourinyonun İstanbula məşhur futbolçu ilə gələcəyi gözlənilir

"Roma"dan ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyonun adı bir neçə klubla hallanmaqdadır.

Sportline.az xəbər verir ki, həmin siyahıda "Fənərbağça"nın da adı var.

Fanatik.com.tr-nin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis yaxın günlərdə klub rəhbərliyi ilə danışıqlara başlayacaq.

"Fənərbağça"nın prezidenti Ali Koçun da bu anlaşmada maraqlı olduğu bildirilir.

İsmayıl Kartalla yolların ayrılmasını istəyən klub başqanı onu məhz Mourinyo ilə əvəzləmək niyyətindədir.

Bu işdə klubun idman direktoru Mario Branko amilinin xüsusi rol oynadığı bildirilir.

Həmvətəni ilə ilkin danışıqların müsbət nəticələndiyi deyilən Brankonun Mou ilə birlikdə Jozenin sevimli futbolçularından sayılan Romelu Lukakunu da İstanbula gətirəcəyi vurğulanır. 

Qeyd edək ki, Lukaku məhz Mourinyonun təşəbbüsü ilə "İnter"i "Roma"ya dəyişmişdi.