Murad Musayev ayrılıq səbəbini açıqladı

Rusiyalı baş məşqçi Murad Musayev “Sabah”dan ayrılmasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Rusiyanın championat.com saytına açıqlamasında öz istəyi ilə komandadan ayrıldığını bildirib.

“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq və yaxşı nəticələr göstərdi. Komandanın çox sayda qələbələri olub. İndi isə biz həmin oyunu, həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik həm kluba, həm də mənə xeyir verəcək. ”Sabah”ın cempionatda 3-cü yerlə yalnız 5 xal fərqi var. Avrokuboklara vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün ilkin şərtlər var. Bu çətin bir qərar idi, amma hər kəsin xeyrinə olacağını düşündüm”, - deyə Musayev fikrini izah edib.

Qeyd edək ki, Murad Musayev bu gün "Sabah"la yolları ayırıb.