Murad Musayev: "Bir aydan sonra işə başlamaq istəyirəm"

"Sabah"la yolları ayrılan Murad Musayev tezliklə iş başına dönmək istəyindədir.

Sportline.az xəbər verir ki, rusiyalı məşqçi bu haqda championat.com saytına açıqlamasında bildirib.

"Hazırda ailəmlə istirahətə yollanmaq istəyirəm. Sonrasına baxarıq. Əlbəttə, bir aydan sonra iş başına dönmək ideal olardı. Amma hər şey heç də həmişə istədiyin kimi olmur. Məşqçilik elədir ki, maraqlı təklifin nə vaxt gələcəyini bilmirsən. Düşünürəm ki, bir ay istirahət mənim üçün kifayət edər", - deyə Musayev niyyətini bölüşüb.

Qeyd edək ki, 40 yaşlı mütəxəssisin adı "Alaniya" klubu ilə yanaşı hallanır.