Musialanı kim ala?

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala dünya nəhənglərinin hədəfindədir.

Sportline.az xəbər verir ki, "Bild" nəşri futbolçu ilə "Real Madrid" və "Liverpul"un maraqlandığını açıqlayıb.

Amma "Bavariya" da Musialanı əldən verməmək üçün yeni müqavilənin tərəfdarıdır.

3 ildir ki, Münhen klubunda oynayan futbolçu ümumilikdə 133 oyunda 32 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.