Muslera "Qalatasaray"dan ayrılır
Fernando Muslera "Qalatasaray"dan ayrılmaq qərarına gəlib.
Sportline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, klubun idman direktoru Erdem Timur onu fikrindən daşındırmaq üçün danışıqlar apardıqlarını deyib.
Muslera, uşaqları Uruqvayda təhsil aldığı üçün onlardan uzaq qaldığını və ölkəsinə qayıtmaq istədiyini bildirib.
Onunla Uruqvayın bir neçə klubunun maraqlandığı haqda da məlumat yayılıb.
Qeyd edək ki, Fernando Muslera 2011/12 mövsümündən “Qalatasaray”ın şərəfini qoruyur.