"Napoli" danimarkalı futbolçu üçün Türkiyə klubuna 15 milyon avro təklif edib
"Napoli" Türkiyə klubunun danimarkalı müdafiəçisini transfer etməkdə qərarlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu Viktor Nelsson üçün "Qalatasaray"a 15 milyon avro təklif edib. Bundan əlavə Avropa klublarının Abdlükerim Bardakçı və Saşa Boeylə də maraqlandığı bildirilib.
"Qalatasaray" rəhəbərliyi 25 yaşlı futbolçu Viktor Nelsson üçün 20 milyon avro tələb edib.
Qeyd edək ki, Viktor Nelsson daha öncə klub rəhbərliyinə əsas heyətdə yer ala bilmədiyi üçün komandadan ayrılmaq itədiyini bildirmişdi.