"Napoli"dən nümunəvi addım

İtaliyanın "Napoli" klubu xeyriyyə aksiyasına başlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub koronavirusun nəticələri ilə mübarizə çərçivəsində ehtiyacı olanlara 32 ton ərzaq ayırıb. Neapol şəhəri və bütün regiondan 1000 ailənin yeməklə təmin olunacağı açıqlanıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Fiorentina", "Yuventus", "İnter", "Milan" və digər klubları da pandemiya ilə mübarizəyə pul ayırıb.