“Napoli”nin futbolçusu Türkiyə klubuna gəlir

İtaliyanın “Napoli” klubunda çıxış edən Elif Elmas karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Qalatasaray” keçmiş “Fənərbağça”lı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

“Napoli”nin isə icarə əsasında transferə razılıq verdiyi bildirilib.

Qeyd edək ki, Elif Elmas “Napoli” forması ilə çıxdığı 14 oyunda 2 qol ilə yadda qalıb.