Naqelsmann işindən peşman deyil

Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann komandasının son oyunları barədə danışıb.

Sportline.az jurnalist Fabrizio Romanoya istinadla xəbər verir ki, mütəxəssis Bundestimin son olaraq Türkiyə və Avstriyaya məğlub olmasını faciə saymır.

“Almaniya millisində işləməyimə peşman deyiləm. Əlimizdə olan hər şeydən istifadə edərək bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Üzülmürəm. Məğlubiyyətlər məni ağrıdır. İndi biz daha az danışıb, meydanda daha çox iş görməliyik”, – deyə Yulian bildirib.

Təcrübəli mütəxəssis 2 aydır ki, Almaniya millisindədir.