Naxçıvan karateçiləri imtahan veriblər

Naxçıvan karateçiləri imtahan veriblər.

Sportline.az xəbər verir ki, Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib.

Fevralın 2-də Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaş aralığında 40 karateçi iştirak edib.

İmtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.