Nazarov qol vurdu, komandası ilk xalını qazandı
Almaniya II Bundesliqasında 3-cü tur start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" səfərdə Braunşvayq "Ayntraxt"ı ilə qarşılaşıb. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oyuna start heyətində başlayan və sonadək meydanda olan D.Nazarov 24-cü dəqiqədə hesabı açıb. Ancaq üstünlüyü qorumaq mümkün olmayıb. İki dəqiqə sonra Səlim Xəlifinin qolu yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu, "Ertsqebirge Aue" mövsümdə ilk qazancı olub. Hesabında 1 xalı olan Aue təmsilçisi 18 komanda arasında 14-cüdür. "Ayntraxt" (Braunşvayq) isə 5 xalla 5-ci pillənin sahibidir.