Nazarovun baş məşqçisi dəyişdi

Almaniyanın II Bundesliqasında çıxış edən "Ertsqebirge Aue" klubunda baş məşqçi dəyişikliyi olub. SportLine.az "Bild"ə istinadən xəbər verir ki, komandanı  Hannes Dryus çalışdıracaq. 

Mütəxəssislə 2019-cu ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə Tomas Letşi əvəzləyib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun da şərəfini qoruduğu Aue klubu 4 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.