NBA-də ötən gecə

Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir.

Sportline.az xəbər verir ki, 1/4 finalda “Toronto Reptors” “Boston Seltiks”lə qarşılaşıb.

Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə öndə yollanıblar: 50-46. Toronto komandası sonradan təşəbbüsü ələ almaq üçün çox çalışsa da, yekunda məğluib olub. “Toronto Reptors” - “Boston Seltiks”: 87:92. Seriyada 4:3 hesabı ilə rəqibindən üstün olan Boston təmsilçisi yarımfinala yüksəlib.

Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 29 xal, 12 ribaund, 7 məhsuldar ötürmə ilə yadda yadda qalıb.

Digər oyunda isə “Los-Anceles Klippers” “Denver Naqqets”lə qarşılaşıb. Denver basketbolçuları 111-105 hesabı ilə qalib gələrək seriyada fərqi azaldıblar: 2:3.