NBA: "Miluoki Baks" məğlub oldu

Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir.

Sportline.az xəbər verir ki, 1/8 finalda “Miluoki Baks” “Orlando Mecik”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə meydan sahibləri daha yaxşı başlayaraq 1-ci hissədə qalib gəliblər: 33-23. “Baks” çox çalışsa da, fasiləyədək 10 xallıq fərqi azalda bilməyib. Digər hissələrdə də inamlı təsir bağışlayan Orlando basketbolçuları yekunda qələbə qazanıblar. “Miluoki Baks” – “Orlando Mecik”: 110-122.

Oyunun ən yaxşısı Nikola Vuçeviç olub. “Orlando Mecik”in basketbolçusu 35 xal, 14 ribaund, 4 məhsuldar ötürmə ilə yadda qalıb.