Ndombele Fransa çempionatına qayıdacaq

Ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirən "Tottenhem"in futbolçusu Tanquy Ndombele ölkəsinə qayıtmaq niyətindədir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Nitsa" klubu 29 yaşlı futbolçu ilə 2 illik razılıq əldə edib.

Son dönəmlərdə istənilən performansı göstərə bilməyən yarımmüdafiəçi Türkiyə klubunun heyətində 26 oyunda 1 asist edib.

Qeyd edək ki, Ndombele 2022-ci ildə "Olimpik Lion"dan "Tottenhem"ə 65 milyon avro qarşılığında transfer olunub.Oyunçunun hazırki transfer dəyəri isə 8 milyon avrodur.