Tanquy Ndombele komandadan ayrılır

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk fransalı futbolçu Tanquy Ndombelenin performansından razı qalmadığı üçün komandadan göndərmək qərarına gəlib. 

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçi "Tottenhem" klubuna geri qayıdacaq. 

"Qalatasaray" rəhbərliyi isə Ndbombelenin yerinə "Latsio"nun 32 yaşlı mərkəz müdafiəçisi Matias Vesinanın transferində maraqlıdır. İtaliya klubu ilə şəxsi razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, Tanquy Ndombele "Qalatasaray" forması ilə cəmi 10 oyunda meydana çıxıb.