"Nə Messi, nə də Kriştiano gənclər üçün nümunə ola bilməz"
"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç hansı idmançıları uğurlu hesab etdiyi haqda danışıb.
Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, Krkiç bu siyahıda Messi ilə Ronaldonu görmür.
“Nə Messi, nə Kriştiano, nə də Rafa Nadal çox da uğurlu idmançılar deyil, onlar gənclər üçün nümunə ola bilməz. Uğur bu deyil. Mənim üçün Serxio Kanales uğurlu idmançıdır, çünki dizindən üç əməliyyat keçirdikdən sonra milli komandaya yollanıb. Joselu 33 yaşında "Real Madrid"in futbolçusu oldu. Onlar uğur qazanırlar”.