"Neftçi" "Araz-Naxçıvan"la, "Zirə" "Sumqayıt"la heç-heçə etdi
Bu gün Azərbaycan Prmeyer Liqasında 14-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 2 görüş keçirilib. "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib. Hesabı meydan sahibəri açıb. "Araz-Naxçıvan" 90+3-cü dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub - 1:1.
Digər görüşdə isə "Zirə" "Sumqayıt"ın qonağı olub. Qarşılaşma qolsuz başa çatıb.
"Zirə"nin bu xal itkisindən sonra "Qarabağ" 29 xalla vahid liderdir. "Zirə" 28 xalla 2-ci, "Sumqayıt" 22 xalla 3-cüdür.
26 noyabr (bazar)
18:00.“Sumqayıt”– “Zirə” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”
15:30.“Neftçi” – “Araz-Naxçıvan” - 1:1
Qol: Yuri Matias, 41 (1:0), Orxan Əliyev, 90+3 (1:1)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”
24 noyabr (cümə)
“Sabah” – “Qarabağ” - 1:2
25 noyabr (şənbə)
“Qəbələ” – “Turan Tovuz” - 4:0
“Səbail” – “Kəpəz” - 0:0
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 33-13 | 29 |
| 2 | Zirə | 14 | 8 | 4 | 2 | 13-7 | 28 |
| 3 | Sumqayıt | 14 | 6 | 4 | 4 | 14-14 | 22 |
| 4 | Səbail | 14 | 6 | 4 | 4 | 22-21 | 22 |
| 5 | Araz-Naxçıvan | 14 | 6 | 3 | 5 | 16-15 | 21 |
| 6 | Neftçi | 14 | 5 | 4 | 5 | 15-13 | 19 |
| 7 | Sabah | 14 | 4 | 4 | 6 | 19-19 | 16 |
| 8 | Turan Tovuz | 14 | 4 | 3 | 7 | 21-22 | 15 |
| 9 | Qəbələ | 14 | 3 | 2 | 9 | 11-23 | 11 |
| 10 | Kəpəz | 14 | 2 | 4 | 8 | 7-24 | 10 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol
Yassin Benzia ("Qarabağ") - 4 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Otto Con ("Turan Tovuz") - 4 qol
Davit Volkov ("Sabah") - 4 qol
Qismət Alıyev ("Zirə") - 4 qol
Bilel Auaşeriya ("Qəbələ") - 4 qol