"Neftçi" - "Aris" görüşündə anşlaq gözlənilir

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun üçün 7 minə yaxın bilet alınıb.

Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, görüş bu gün saat 21:00-da başlanacaq. "Neftçi" ilk görüşdə 0:2 hesabı ilə uduzub.