"Neftçi" azarkeşlərinə şad xəbər
"Neftçi"nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub.
Sportline.az xəbər verir ki, qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir.
Onun nə vaxt məşqlərə qatılacağı bir həftə sonrakı müayinədən sonra müəyyənləşəcək.
Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.
Qeyd edək ki, "Neftçi" fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"la görüşəcək.
İlk oyunda paytaxt klubu qələbə qazanıb - 3:2