"Neftçi" daha bir legionerlə vidalaşır

12 futbolçu ilə yolları ayıran "Neftçi" heyətə əl gəzdirməyə davam edir.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" Alfa Konte ilə də vidalaşmağa hazırlaşırlar.

Klubun sözügedən futbolçu ilə qarşılıqlı razılıq əsasında ayrılmaq istədiyi bildirilir. 

25 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, o, 2024-cü il yanvarın 16-da Plovdiv “Lokomotiv”indən “Neftçi”yə keçib.