"Neftçi" İK "Lənkəran"a böyük hesabla qalib gəlib
Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda 2 oyun keçirilib.
Sportline.az xəbər verir ki, "Lənkəran" kollektivi ilə üz-üzə gələn "Neftçi" İK 19:0 hesabı ilə qalib gəlib.
"Araz-Naxçıvan" isə "Baku Fire"ni 8:3 hesabı ilə məğlub edib. Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.
Qeyd edək ki, turun U-19 – "Şuşa" matçı fevralın 21-də keçiriləcək.
Xal durumu: "Neftçi" İK – 28, "Araz-Naxçıvan" – 28, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.