"Neftçi" - "Qarabağ" görüşü ona həvalə olundu

Azərbaycan Premyer Liqasında XXV turun təyinatları məlum olub.

Sportline.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Sabah start götürəcək turun matçlarının hakimləri də bəlli olub. “Neftçi” və “Qarabağ” arasında görüşün ədalət təmsilçiləri də müəyyənləşib. Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası

XXV tur

1 mart (cümə)

“Sumqayıt” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

2 mart (şənbə)

“Zirə” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İK stadionu, 16:00

“Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Bank Respublika Arena”, 18:30

3 mart (bazar)

“Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu, 16:00

“Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”, 19:00