“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
Bu gün “Neftçi” yay təlim-məşq toplanışı üçün Sloveniyaya yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Yuri Vernidub hazırlıq prosesinə 27 futbolçu cəlb edib.
Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç.
Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qraviyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov.
Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D’Almeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeani Metyu, Emil Səfərov, Andrey Ştoqrin.
Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta.
Qeyd edək ki, “Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-dək davam edəcək.