"Neftçi" - "Zenit" matçının tarixi və məkanı bilindi
"Neftçi" - "Zenit" yoldaşlıq oyununun tarixi və məkanı bəlli olub.
Sportline.az xəbər verir ki, qarşılaşma noyabrın 18-də, "Neftçi Arena"da olacaq.
Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib.
Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.