"Neftçi"nin futbolçusu Albaniya klubunda
"Neftçi"nin gənc futbolçusu Elnur Abdullayev Albaniyada oynayacaq.
Sportline.az xəbər verir ki, o, aşağı liqa təmsilçisi "Besa" ilə anlaşıb.
Abdullayev qarşıdakı 1 ili Albaniyada keçirəcək.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi Kamil Sadıqlı da "Besa"nın formasını geyinəcək.