"Neftçi"nin futbolçusu sıradan çıxıb

"Neftçi"nin futbolçusu Ataa Caber zədələnib.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin topuğu burxulub.

Caber bu səbəbdən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XVI turunda "Turan Tovuz"la qarşılaşacaq.

 Dekabrın 10-da “Neftçi Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.