"Neftçi"nin futbolçusu yenidən əməliyyat olunacaq
"Neftçi"nin qapıçısı Emil Balayev yenidən əməliyyat olunacaq.
Sportline.az xəbər verir ki, 29 yaşlı futbolçu qırılmış axil vətərinə görə əməliyyat masasına uzanacaq.
Komandanın zədəli olan digər futbolçularından Filip Ozobiç komanda ilə məşqlərə start verib, digər qapıçı İvan Brkiç isə fərdi şəkildə hazırlığı davam etdirir.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XV turunda "Zirə"ni qəbul edəcək. Dekabrın 3-də reallaşacaq görüş saat 17:00-da start götürəcək. Emil Balayev yayda Serbiyanın “Srvena Zvezda” komandasına qarşı “Matc TV” turnirindəki görüşdə zədələndiyi üçün axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunmuşdu.