“Neftçi”nin futbolçusunun transfer qiyməti açıqlanıb
Neftçi” yeni transferi Alfa Konteni 150 min avroya transfer edib.
Sportline.az Report-a istinadla xəbər verir ki, “Lokomotiv” klubu Syerra-Leone millisinin hücumçusunun satışından gəlir əldə edib.
Məbləğin bir hissəsi Plovdiv təmsilçisinin 23 yaşlı ön xətt oyunçusuna olan borcuna görə silinib.
Qeyd edək ki, Alfa Konte “Neftçi” ilə 3,5 illik müqavilə bağlayıb.