“Neftçi”nin rəqibləri müəyyənləşib

“Neftçi”nin Sloveniyadakı yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının rəqibləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda klub məlumat yayıb. Bakı təmsilçisi hazırlıq prosesi ərzində 4 yoxlama görüşünə çıxacaq.

“Neftçi”nin yoxlama oyunlarının təqvimi:

2 iyul – “CFR Kluj” (Rumıniya)
6 iyul – “Partizan” (Serbiya)
10 iyul – “Radniçki Niş” (Serbiya)
13 iyul – “Osiyek” (Xorvatiya)

Qeyd edək ki, “Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-də başa çatacaq.

Banner