"Neftçi"nin yeni futbolçusu
"Neftçi"nin yeni transferi Lubomir Tuptaya böyük ümidlər bəslənir.
Sportline.az xəbər verir ki, “ağ-qaralar”la 2+1 illik müqavilə imzalayan slovakiyalı futbolçu yüksək keyfiyyətləri ilə seçilir.
“Neftçi”yə Yunanıstanın “Larissa” klubundan keçən 28 yaşlı mərkəz hücumçusu, karyerası ərzində “Verona”, “Visla”(Krakov), “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev”(Lodz) komandalarının formasını geyinib.