Neymar azarkeşlərə səsləndi
"Əl-Hilal"ın sabiq futbolçusu Neymar sabiq komandası "Santos"un azarkeşlərinə səslənib.
Sportline.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı çempionatında oynayan ulduz forvard yüksək liqanı tərk edən komandanın fanatlarına təsəlli verib.
"Bayram bizim küçəmizə də qayıdacaq. Biz yenidən sevinəcəyik", - deyə Neymar hadisəyə münasibətini bildirib.
Qeyd edək ki, son turda "Fortaleze"yə 1-2 hesabı ilə uduzan "Santos" 17-ci yerin sahibi kimi tarixində ilk dəfə Braziliya A Seriyasını tərk edib.
Neymar 2009-2013-cü illərdə bu komandanın formasını geyinmişdi.