Neymarın əvəzinə Asensio

"Real" Marko Asensionu satmağa hazırlaşır. SportLine.az xəbər verir ki, PSJ-dən Neymarı heyətinə cəlb etmək barədə düşünün "kral klubu" 22 yaşlı futbolçunun satışından əldə olunan gəliri bu trasnferə yönəldəcək.

Sport.es saytının yaydığı məlumata görə, "Liverpul" M.Asensionun xidmətində maraqlıdır. Yaxın günlərdə Madrid klubunun futbolçunun təzminat dəyərini açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, Neymar ötən mövsümün əvvəlində "Barselona"dan PSJ-yə 222 milyon avro müqabilində keçib. Müxtəlif mənbələrdə qeyd edilən məlumata əsasən, PSJ "sambaçı"nın başqa kluba keçidi üçün 300 milyon avro tələb edir.