Neymarın son durumu açıqlandı

Səudiyyə Ərərbistanının "Əl-Hilal" klubu və Braziliya millisinin hücumçusu Neymar 10 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Sportline.az xəbər verir ki, bu haqda Globo nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 31 yaşlı forvard sabah əməliyyat masasına uzanacaq.

Xatırladaq ki, ulduz futbolçu oktyabrın 18-də Braziliya millisinin Uruqvayla görüşündə (0:2) xəsarət alıb.

Ona sol dizin xaçvari bağının və meniskinin əməliyyatı təyin olunub.