Neymarsevərlərə şok xəbər
Braziliyalı millisinin forvardı Neymar Uruqvay seçməsi ilə görüşdə aldığı zədə üzündən uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, həkimlər ulduz futbolçunun zədəsinin ciddi olduğunu və uzun müddət futbol oynaya bilməyəcəyini deyiblər.
“Əl-Hilal” klubu Neymarın dizində menisk və ön çarpaz bağın yırtılması səbəbindən əməliyyat olunacağını bildirib.
Qeyd edək ki, Neymar Uruqvayla oyunun ilk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqəsində zədələnmişdi.