Niderlandlı futbolçunun cəzası bəlli oldu

Niderlandlı futbolçuya verilən cəzanın müddəti bəlli olub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Spartak Moskva" klubunun şərəfini qoruyan Kuinsi Promisə 7,5 illik həps cəzası verilib. 

32 yaşlı cinah hücumçusu narkotik maddələrinin qaçaqmalçılığına görə polis tərəfindən saxlanılıb. Kuinsi Promis etdiyi əməli inkar etsə də sübutlar əldə olunduğu üçün futbolçu azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, "Spartak Moskva"nın keçmiş futbolçusu Yeqor Titov isə Kuinsi üçün narahat olduğunu və Rusiyadan kənara çıxacağı təqdirdə öldürülə biləcəyini deyib.