Nİko Uilyamsdan azarkeşə sərt cavab

Bilbao "Atletik"inin yarımmüdafiəçisi Niko Uilyams qalmaqalla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, hadisə Bilbao təmsilçisinin açıq məşqində yaşanıb.

"Cadena SER"in yaydığı məlumata görə, Niko azarkeşlərdən birinin "Gələn il "Real"a, Niko!" çağırışına "Cəhənnəm ol, əclaf" cavabını verib.

Qeyd edək ki, mövsümün əvvəlində Uilyamsın "Barselona"ya keçəcəyi gözlənilsə də, anlaşma baş tutmamışdı.

Bu mövsüm 4 oyuna çıxan Niko Uilyams hələ ki, məhsuldarlığı ilə yadda qalmayıb.