Növbəti Avropa oyunlarının ev sahibi bilindi

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Sportline.az "Sporx"ə istinadən xəbər verir ki, bunu İstanbul şəhərinin meri Əkrəm İmamoğlu mətbuat konfransında deyib.

O, Avropa Olimpiya Komitəsinin yarışı məhz bu şəhərə verdiyini açıqlayıb.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunan Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində keçirilib.