Noyer 40 yaşınadək oynamaq istəyir
Ulduz qolkiper Manuel Noyer karyerasını uzun müddət davam etdirməyi planlaşdırır.
Sportline.az Almaniya mətbuatına istinadla xəbər verir ki, "Bavariya"nın və Almaniya millisinin qapıçısı 40 yaşınadak oynamaq niyyətindədir.
37 yaşlı futbolçu 10 ay zədəli qalsa da, Münhen klubunda yenidən iştirak etməyi bacarıb.
Noyer "Bavariya"da çıxdığı 322 oyunda 240 qol buraxıb.