Noyer həkimlərdən icazə aldı
Ulduz qapıçı Manuel Noyer "Bavariya"nın Bundesliqa matçı üçün həkimlərdən icazə alıb.
Sportline.az "Kicker"ə istinadla xəbər verir ki, Noyer oktyabrın 21-də keçiriləcək "Maynts"la oyunda meydana çıxmaq üçün klubun həkimlərinə müraciət edib.
Məlumatda Münhen klubunun həkimlərinin ona meydana çıxamağa icazə verdiyi bildirilir.
Qeyd edək ki, Manuel Noyer ötən ilin dekabrında tətildə xizək sürərkən yıxılaraq ayaq sümüyünü sındırmışdı.