Nurmaqomedov atasını belə xatırladı

UFC-nin sabiq çempionu, şöhrət zalının üzvü Həbib Nurmaqomedov qazandığı uğurlarda atasının rolundan söz açıb.

Sportline.az xəbər verir ki, O, ESPN-ə müsahibəsində Konor Makqreqorla döyüş ərəfəsindəki hadisəni xatırladıb: "Atam çox güclü idi. Mənə də bu xarakter ondan keçib. Xatırlayıram ki, mənim üçün UFC tarixinin ən böyük döyüşü ərəfəsində çox çətin idi. Mən atasız idim, ABŞ-da...O, mənə zəng edərək: "Bilirsən, almazı necə hazırlayırlar? Ən yüksək təzyiq altında. Ona görə də, təzyiqlə qarşılaşanda ya almaz ola bilərsən, ya da qırıla bilərsən. Yalnız iki variantın var.", - dedi.

Qeyd edək ki, Həbibin həm də, məşqçisi olan atası Abdulmanap Nurmaqomedov 2020-ci ildə dünyasını dəyişib.