"Nyu Orleans" klubunun basketbolçusu əməliyyat olunub

"Nyu Orleans" klubunun 20 yaşlı basketbolçusu əməliyyat olunub. 

Sportline.az xəbər verir ki, gənc basketbolçu Daysın Daniel dizindən əməliyyat olunduğu üçün 4 həftə komandasına kömək edə bilməyəcək. 

Daysın Daniel fevralın 10-da "Portland Trail Blazers" klubu ilə görüş zamanı zədə alaraq meydanı tərk edib.

Qeyd edək ki, 20 yaşlı basketbolçu oyun qurucu vəzifəsini icra edir.