"Nyukasl Yunayted" "Bavariya"nın təklifini geri çevirib
"Nyukasıl Yunayted" "Bavariya"nın yeni təklifini də qəbul etməyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Atletiko Madrid"dən 13 milyon avro qarşılığında transfer etdiyi Kiyeran Trippier üçün daha artıq məbləğ tələb edib.
"Bavariya" klubu futbolçunun transferini gerçəkləştirmək istədiyi üçün yeni təklif hazırlamaq barədə düşünür.
Qeyd edək ki, Kiyeran Trippier bu mövsüm ümumilkdə 28 matçda meydana çıxıb,8 asistlə yadda qalıb.