"Nyukasl" - "Milan": Heyətlərdəki son durum

BU gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, son turun maraqlı görüşlərindən birində "Nyukasl" "Milan"ı qəbul edəcək.

Avrokuboklarda yoluna davam etmək istəyən komandaların aktivində 5 xal var. 

"Nyukasl" heç-heçə sayəsində ən azı Avropa Liqasına yollanacağı halda, növbəti xal itkisi "Milan"ı qrupda saxlayacaq.

Komandaların heyətində itkilər var. Meydan sahbilərindən Anderson, Botman, Mankuillo, Popi, Targett, Uillok bu səbəbdən oyunu buraxmalı olacaq.

Qonaqlarda isə Kaldara, Kalulu, Kyaer, Pelleqrino, Sportiello komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, matçın start fiti gecə yarısı səslənəcək.