Okan Buruk və İsmail Kartalın derbi statistikaları
Türkiyə Super Liqasının 37-ci həftəsində "Qalatasaray" İstanbul derbisində "Fənərbağça" ilə qarşılaşacaq.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Okan Buruk "Qalatasarayla" "Fənərbağça"ya qarşı keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç heçə edib.
İsmail Kartal isə "Fənərbağça"nın "sükanı arxasında" "Qalatasaraya" 5 dəfə rəqib olub.Bu görüşlərin 3-də qələbə qazanan təcrübəli mütəxəssis 1 dəfə heç heçə edib, 1 oyunda isə məğlub olub.
"Rams Park"da keçiriləcək derbi qarşılaşması bazar günü saat 20:00-da başlanacaq.
Qeyd edək ki, tərəflər arasında ilk dövrədəki oyun 0-0 hesabı ilə yekunlaşmışdı.