Okan Buruk: "Bayraqları hazırlayın"

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu gün keçirilən idmandan sonra azarkeşlərə səslənib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, bazar günü "Konyaspor" ilə vacib oyununa çıxacaq "Qalatasaray"ın baş məşqçisi Okan Buruk azarkeşlərə çempionluq ismarıçı verib.

50 yaşlı çalışdırıcı Floryada keçirilən idmandan sonra "Böyük "Qalatasaray" azarkeşləri, bayraqları hazırlayın. Tarix yenə çempionu yazacaq, may ayları yenə bizim olacaq!" fikirlərini səsləndirib.

Qeyd edək ki, Super Liqanın son turunda "Konyaspor" ilə səfərdə qarşılaşacaq "Qalatasaray" 1 xal alacağı təqdirdə 24-cü çempionluğu elan edəcək.