Okan Buruk Fatih Terimin rekordunu yeniləyib

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Fatih Terimin rekordunu yeniləyib.

Spotline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli baş məşqçi Okan Buruk "Ankaragücü" ilə görüşdə qalib gələrək 62 matçda 50 qələbə, 7 heç-heçə, 5 məğlubiyyətlə yeni göstəriciyə imza atıb.

 Fatih Terim isə bu nəticəni 70 oyunda 50 qələbə qazanaraq əldə etmişdi. 

Qeyd edək ki, İsmail Kartal, Kristo Daum və Şenol Günəş 71 matçda 50 qələbə qazanmağı bacarmışdı.